Əməkdar artist Vahid Əliyev vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
Qeyd edək ki, Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1975-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2011-ci ildə Əməkdar artist fəxri adına, 2017, 2018 və 2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.