Çinli rejissor «Sakit Don»u səhnələşdirəcək

Çinli rejissor «Sakit Don»u  səhnələşdirəcək
28 iyun 2025
# 15:50

Çinli rejissor Mou Sen Mixail Şoloxovun romanı «Sakit Don» əsasında hazırlanacaq tamaşanı 2025–2026-cı yeni teatr mövsümündə Millətlər Teatrında səhnəyə qoyacaq.


Kulis.az xəbər verir ki, Çində məşhur olan bu romanı səhnəyə qoymaq təşəbbüsünü rejissor özü irəli sürüb.


Tamaşada rusiyalı aktyorlar çıxış edəcək. Millətlər Teatrı tərəfindən isə layihəyə rejissor Murat Abulkatinov cəlb olunub.


Qeyd edək ki, Rusiyanın xalq artisti Yevgeni Mironov layihə barədə “Onların bizim tariximizə, klassiklərimizə, psixoloji teatr məktəbimizə baxış bucağı bizim üçün olduqca maraqlıdır , bu həmişə gözlənilməz nəticələr verir”, - deyib.

# 1035 dəfə oxunub

Müəllifin son yazıları

# # #