Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb
21 oktyabr 2026
# 18:00

Portuqaliya mənşəli britaniyalı repçi və müğənni IAMDDB İsrail hökumətinin rəsmi sosial şəbəkə hesablarında yayımlanan süni intellekt videosunda simasından icazəsiz istifadə olunmasına kəskin etiraz edib.

Kulis.az xəbər verir ki, silinmiş klipdə onun 2018-ci ildə çəkdirdiyi fotosundakı geyim və xarici görünüşü süni intellekt vasitəsilə mənimsənilərək təbliğat xarakterli ifadələr səsləndirilib.

Sənətçi sosial şəbəkə hesabında rəsmi bəyanat yayaraq bu görüntülərə razılıq vermədiyini deyib.

"Şəklimin bu videoda istifadə olunmasına nə icazə verdim, nə də razılıq göstərdim. Musiqimə və sənətimə hər zaman sevgi, azadlıq və insanlıq prizmasından yanaşmışam. Günahsız insanların öldürülməsini dəstəkləmirəm. Qəlbim xüsusilə dəhşətli acılar yaşayan Fələstin xalqının yanındadır. Səsim də, dəyərlərim də mənə məxsusdur. Fələstinə azadlıq!", deyə o, vurğulayıb.

Qeyd edək ki, sənətçi həmçinin imicini qorumaq üçün hüquqi addımlar atacağını bəyan edib.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər