Kitab sərgisi

Ceyden Smit məşhur brendin yaradıcı direktoru təyin edildi

Ceyden Smit məşhur brendin  yaradıcı direktoru təyin edildi
22 sentyabr 2025
# 11:45

Amerikalı aktyor və musiqiçi Ceyden Smit dünyaca məşhur lüks brend "Christian Louboutin"in rəhbərliyində yeni yaradılmış vəzifəyə – ilk yaradıcı direktor postuna təyin edilib.

Kulis.az xəbər verir ki, o, markanın kampaniyaları, təqdimatları və müxtəlif tədbirlərinin hazırlanmasına rəhbərlik edəcək.

Tanınmış sənətçi həmçinin ayaqqabı, dəri məmulatları və aksesuarların yaradıcı xəttinə də məsul olacaq.

Qeyd edək ki, brend öz kişi kolleksiyasını yenidən canlandırmaq üçün Ceyden Smitin adı və onun təxminən 20 milyonluq instaqram izləyici kütləsindən istifadə etməyi hədəfləyir.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər