Cəfər Pənahi barədə qiyabi həbs qərarı - Ölkədən çıxışı qadağan olundu

Cəfər Pənahi barədə qiyabi həbs qərarı - Ölkədən çıxışı qadağan olundu
2 dekabr 2025
# 10:06

Kann Festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış iranlı rejissor Cəfər Pənahi bir il müddətinə həbs cəzası alıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Nili “X” hesabında paylaşım edib.

“Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini rejim əleyhinə təbliğat fəaliyyətlərinə görə qiyabi şəkildə bir il müddətinə həbsə, iki il ölkədən çıxış yasağına və siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni addımlar atacağıq", - paylaşımda qeyd olunub.

# 206 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər