Çe Gevaraya əsər ithaf edən bəstəkar - Ona Almaniyada niyə təzyiq göstərirdilər?

Çe Gevaraya əsər ithaf edən bəstəkar - Ona Almaniyada niyə təzyiq göstərirdilər?
27 oktyabr 2025
# 12:50

27 oktyabr məşhur alman bəstəkar Hans Verner Henzin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı, fəaliyyəti haqqında maraqlı faktları və onun "Ode al dodicesimo apostolo" əsərini təqdim edir.

Almaniyanın görkəmli bəstəkarlarından biri hesab edilən Hans Verner serializm, atonalizm, caz, italyan və ərəb musiqisindən təsirlənərək olduqca fərqli tərzdə əsərlər yaradıb.

O, ozünəməxsus bəstələrində müxtəlif musiqi cərəyanlarını birləşdirib.

Homoseksual olduğuna və solçu ideologiyanı seçdiyinə görə Almaniyada təzyiqlərə məruz qalıb və 1953-cü ildə İtaliyaya köçüb.

İtaliya Kommunist Partiyasının üzvü olub, siyasi düşüncələri əsərlərində də öz əksini tapıb.

Məşhur argentinalı marksist-inqilabçı və siyasətçi Çe Gevaraya həsr etdiyi “Das Floß der Medusa” adlı rekviyemi onun siyasi kimliyinin mühüm göstəricisidir.

Bir müddət Kubada təhsil və tədrislə məşğul olub, lakin sonradan Fidel Kastronun siyasətindən məyus olaraq oradan uzaqlaşıb.

Uzun illər İtaliyada yaşayıb və yaradıcılıq fəaliyyətini orada davam etdirib.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər