AYB-yə heç vaxt üzv olmadığını iddia edən yazıçının üzvlük sənədləri – FOTOFAKT

AYB-yə heç vaxt üzv olmadığını iddia edən yazıçının üzvlük sənədləri  – FOTOFAKT
14 yanvar 2026
# 16:25

Bir neçə gün əvvəl mətbuatda Azərbaycan Yazıçılar Birliyinə üzvlük haqqını ödəməyən qələm adamlarının siyahısının bir hissəsi dərc edilib. Həmin siyahıda Azad Qaradərəli imzası ilə tanınan yazıçının da adı var.

Azad Qaradərəli həmin xəbərdən sonra öz Feysbuk hesabında bu sözləri paylaşıb:

“İndi bir şey oxudum, ayağımın altından yer qaçdı: AYB üzvülük haqqını verməyən üzvlərin siyahısını dərc edib və orada Vəliyev Azad Vəl oğlu adda adam var. Əgər bu mənəmsə, mən oranın üzvü deyiləm və olmamışam.Yox, məndən başqa bu adda yazıçı varsa, Allah xeyir versin. Mən düz 38 il əvvəl Azad Vəliyev imzası ilə yazmışam, sonradan bütün əsərlərim və kitablarım Azad Qaradərəli imzası ilə çap olunub”.

AYB-dən “Kulis”ə verilən məlumata görə, Azad Qaradərəli 2006-cı ildən AYB-nin üzvüdür. Birlikdən Azad Qaradərəlinin üzvlük müraciəti ilə bağlı arxiv sənədlər də göstərilib. Bildirilib ki, o, üzv olduğu ildən etibarən üzvlük haqqını ödəməyib.

Həmin sənədlərin şəkillərini təqdim edirik:

# 264 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər