Ankarada Əhməd Cavadın xatirəsi yad edildi

Ankarada Əhməd Cavadın xatirəsi yad edildi
14 oktyabr 2025
# 10:30

Türkiyənin paytaxtı Ankarada Hacı Bayram Vəli Universitetinin 100 illiyi çərçivəsində Azərbaycanın görkəmli şairi və ictimai xadimi Əhməd Cavadın anım mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir sovet hakimiyyəti tərəfindən "əksinqilabi fəaliyyət" və "pantürkizm" ittihamı ilə edam edilmiş şairin vəfatının 88-ci ildönümünə təsadüf edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbir iştirakçıları qarşısında çıxış edərək Ə.Cavadın yaradıcılığını "türk dünyasının birləşmə amili" adlandırıb. Diplomat şairin həyat yoldaşı Şükriyyə xanımın da Stalin repressiyalarının qurbanı olduğunu xatırladıb.

Toplantıda şairin xatirəsinə həsr olunmuş sənədli film təqdim olunub.

Qeyd edək ki, tədbirdə repressiya qurbanı olmuş türk ziyalılarına həsr olunmuş fotosərgi nümayiş etdirilib.

# 108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər