Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası
25 sentyabr 2026
# 17:15

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası oynanılacaq.

Kulis.az xəbər verir ki, tamaşa Prezident mükafatçısı Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda hazırlanıb.

Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır.

"Bir nəfəs qədər"də Əməkdar artist Nahidə Orucova, aktyorlar Əmrah Dadaşov, Gülnarə Abdullayeva, Gülcahan Salamova, Ofeliya Novruzqızı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Jamila Mansurova iştirak edəcəklər.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər