Ağ Evin "Instagram" hesabında “İmmiqrasiya və Gömrük Mühafizəsi Dairəsi”nin təbliğat kampaniyası çərçivəsində "Hörümçək adam" ("Spider-Man") personajından istifadə etməsi "Marvel" pərəstişkarlarının və sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb olub.
Kulis.az xəbər verir ki, dörd hissəli paylaşımda "Məhəllənizin dost canlısı ICE agentləri" başlığı ilə tor atan "Hörümçək adam" və sonda tora düşmüş qanunsuz miqrantlar təsvir edilib.
Paylaşımın sonunda qanunsuz miqrantların saxlanılaraq ölkədən çıxarılacağı qeyd olunub.
Kassa rekordlarını qıran "Spider-Man: Brand New Day" filminin yaratdığı populyarlıq dalğasından istifadə etmək cəhdi əks-effekt yaradıb.
"Marvel" və "Sony" pərəstişkarları obrazın mahiyyətinə zidd olan bu təbliğata görə Ağ Evi sərt tənqid edərək şirkətləri hüquqi müstəvidə addım atmağa çağırıblar.
Qeyd edək ki, Donald Tramp administrasiyası bundan əvvəl də "Superman", "Jedi" kimi populyar mədəniyyət obrazlarından, eləcə də Ariana Qrande, Ketrin Perri və Oliviya Rodriqo kimi ifaçıların mahnılarından icazəsiz siyasi təbliğat məqsədilə istifadə etdiyi üçün tənqid olunmuşdu.
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə
Müəllifin son yazıları
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar
14:00
1 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva
13:35
1 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund
11:00
1 noyabr 2026