Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq

Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
16 iyul 2020
# 10:53

Polşanın Jupia şəhərindəki “Dostluq” bulvarında açıq hava film festivalında Almaniya-Azərbaycan ortaq istehsalı olan “Staniçek” (“Korset”) filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, filmin nümayişi iyulun 24-də və pulsuz olacaq.

Rejissoru alman Veyt Xeymer olan komediya janrlı film 2018-ci ildə çəkilib. Rollarda Azərbaycan, Serbiya, Almaniya, Rusiya və İspaniyadan olan aktyorlar çəkilib.

Gallery

# 1606 dəfə oxunub

Müəllifin son yazıları

# # #