Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq
2 oktyabr 2026
# 18:00

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə "Türk Telekom" şirkətinin birgə tərəfdaşlığı çərçivəsində ölkə üzrə 216 muzey və arxeoloji ərazini əhatə edən rəqəmsal transformasiya layihəsinə start verilib.

Kulis.az xəbər verir ki, yeni sistemə əsasən, istifadə müddəti bitən muzey kartlarının yerini birbaşa şəxsiyyət vəsiqəsi alacaq.

Vətəndaşlar "e-Devlet" portalı və ya müvafiq mobil tətbiq vasitəsi ilə kart haqqını ödədikdən sonra kassalarda növbə gözləmədən şəxsiyyət vəsəqələrini giriş turniketlərinə yaxınlaşdıraraq məkanlara daxil ola biləcəklər.

Mövcud və istifadə müddəti davam edən Muzey kartları isə vaxtı bitənədək qüvvədə qalacaq.

Layihə çərçivəsində muzeylər fiber-optik quruluş, Wi-Fi və 5G inteqrasiyası, süni intellekt dəstəkli məlumat analitikası, eləcə də virtual reallıq texnologiyaları ilə təchiz olunacaq.

Qeyd edək ki, 2026-cı ilin sonunadək tam yekunlaşdırılması nəzərdə tutulan transformasiyaya muzey mağazaları və suvenir satış məkanları da daxil edilib.

# 44 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər