44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu
28 oktyabr 2026
# 18:00

Macarıstanın Budapeşt şəhərindəki Robert Kapa Müasir Fotoqrafiya Mərkəzində 44-cü Macarıstan Mətbuat Foto Sərgisi ziyarətçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, 258 fotoqrafın 6 min 200-dən çox işlə iştirak etdiyi müsabiqədə süni intellekt dövründə fotoreportajın reallığı və dürüstlüyü əsas meyar kimi önə çıxarılıb.

Sərgidə "MÚOSZ" mükafatına "Nimrod" fotosilsiləsi ilə fotoqraf Diana Nemeh, "Andre Kertesz" mükafatına isə "Telex" nəşrinin fotoqrafı Noemi Napsugar Meleq layiq görülüb.

Meleqə qələbə qazandıran kadrlar 18 yaşlı qardaşının itkisindən sonra ailəsinin yaşadığı kədər və yas prosesini sənədləşdirən şəxsi hekayəsindən bəhs edir.

Qeyd edək ki, sərgi noyabrın 8-dək davam edəcək.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər