300 illik Naxçıvan xalçası İtaliyadan Azərbaycana gətiriləcək

300 illik Naxçıvan xalçası İtaliyadan Azərbaycana gətiriləcək
18 sentyabr 2025
# 09:15

İtaliyalı kolleksiyaçı Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçası Azərbaycana gətiriləcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı kolleksiyaçı ilə müqavilə bağlayıb.

Müqavilədə Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçasının satın alınması nəzərdə tutulur. Bunun isə Azərbaycan Milli Xalça Müzeyinin xalça kolleksiyasının zənginləşdirilməsi məqsədi daşıdığı bildirilir.

Müqaviləyə əsasən sözügedən xalçanın alqı-satqısı 131 min manata başa gələcək.

Qeyd edək ki, İtaliyada bir çox nadir və qədim Azərbaycan xalçası muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır. Xalça muzeyi İtaliyanın məşhur muzey və qalereyaları ilə sıx əməkdaşlıq edir. İndiyədək bir çox qədim və tarixi əhəmiyyətli nadir sənət nümunələri italiyalı kolleksiyaçı Mirko Kattaidən əldə edilərək Xalça Muzeyinə təqdim olunub.

# 216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər