Tanınmış amerikalı ulduz "Exorcist" filmində baş rolda

Tanınmış amerikalı ulduz "Exorcist" filmində baş rolda
26 noyabr 2025
# 17:25

Tanınmış amerikalı ulduz Skarlett Yohansson Mayk Flanaqanın quruluş verəcəyi yeni "Exorcist" filmində baş rolda çıxış edəcək.

Kulis.az xəbər verir ki, universal studiyası əvvəlki uğursuzluqlardan sonra seriyanı tamamilə yeniləyərək “radikal” bir hekayə ilə sıfırdan başlamağı qarşısına məqsəd qoyub.

Film 2023-cü ildə çəkilmiş "The Exorcist: Believer" ilə bağlı olmayacaq.

Psixoloji qorxu janrında tanınan Flanaqan layihənin Yohanssonla daha effektiv nəticə verəcəyini bildirib.

Qeyd edək ki, yeni filmin nümayiş tarixi hələ açıqlanmayıb.

# 146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər