Ronaldo "Fast and Fuious"da oynayacaq? - Filmin prodüseri açıqladı

Ronaldo "Fast and Fuious"da oynayacaq? - Filmin prodüseri açıqladı
15 dekabr 2025
# 11:00

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştiano Ronaldonun məşhur “Fast and Furious” film seriyasında rol alacağı təsdiqlənib.

Kulis.az xəbər verir ki, bu barədə amerikalı aktyor və prodüser Vin Dizel açıqlama verib.

O, sosial şəbəkədə paylaşım edərək Ronaldonun filmə çəkiləcəyi ilə bağlı uzun müddətdir dolaşan söz-söhbətlərin doğru olduğunu bildirib:

“Hamı onun "Fast and Furious"da olub-olmayacağını soruşurdu. Bu, mütləq reallaşacaq. Biz onun üçün xüsusi rol yazmışıq”.

Qeyd edək ki, filmin 11-ci hissəsinin premyerası 2027-ci ilin aprel ayına planlaşdırılıb və bu, seriyanın son filmi olacaq.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər