"Polis müharibələri"nin aktyoru vəfat etdi

Ruslan İbrahimov, aktyor

Ruslan İbrahimov, aktyor

6 iyul 2026
# 12:00

Rusiyanın tanınmış aktyoru və rejissoru Ruslan İbrahimov 61 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına "Kino-Teatr.ru" portalından məlumat verilib.

Sənətçinin qəfil ölüm xəbərini onun həmkarı Yuliya Nijelskaya da təsdiqləyib. Aktrisa "VKontakte" sosial şəbəkəsindəki səhifəsində İbrahimovun nəinki möhtəşəm bir sənətkar, eyni zamanda gözəl insan olduğunu vurğulayaraq onunla vidalaşıb.

Aktyorun hansı səbəbdən vəfat etdiyi isə hələlik ictimaiyyətdən gizli saxlanılır.

Qeyd edək ki, o, "Polis müharibələri", "İstintaq sirləri", "Oğru Peterburq" seriallarındakı rolları ilə tanınır.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər