Ozan Güven "GORA 4 GORA"da olacaq?

Ozan Güven  "GORA 4 GORA"da olacaq?
26 mart 2026
# 11:27

Cem Yılmaz "G.O.R.A." seriyası ilə uzun fasilədən sonra pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, məşhur komediya ustası adının "GORA 4 GORA" olacağı filmin heyətində yer alacaq şəxsləri artıq açıqlayıb.

Heyətlə kamera qarşısına keçən aktyorun paylaşımından sonra layihədə Can Yılmaz, Bülent Şakrak, Özge Özberk, Uraz Kaygılaroğlu, Bora Akkaş, İdil Sivritepe, Bige Önal, Nevra Cansu Özel, Murat Eken, Emre Karayel və Ahmet Pınar kimi simaların rol alacağı bəlli olub.

​Bununla belə, əvvəlki filmlərdə robot 216 obrazı ilə yadda qalan Ozan Güvenin layihədə olub-olmayacağı maraq doğururdu. Ozan Güven məsələyə aydınlıq gətirərək yeni filmdə rol almayacağını qəti şəkildə ifadə edib. Aktyor bildirib ki, bu "GORA"da birlikdə deyillər, lakin gələcəkdə başqa işlərdə bir araya gələ bilərlər.

O, 216-nın olmamasının filmin ruhuna xələl gətirməyəcəyini, "GORA"nın özlüyündə bir kült olduğunu qeyd edib. İzləyicilərin bu obrazı axtarıb-axtarmayacağı ilə bağlı suala isə zarafatla "telefon nömrəmi verim, mənə zəng etsinlər" cavabını verib.

​Cem Yılmaz isə filmlə bağlı detallar verərək onun təxminən 240 dəqiqəlik iki film uzunluğunda bir macəra olacağını vurğulayıb. O, xarakteri sabit saxlayıb mühiti dəyişməyə çalışdığını və bu dəfə daha dərin, öz zövqünə uyğun bir iş ortaya qoyduğunu bildirib.

Filmin nümayiş tarixi hələlik dəqiq məlum deyil.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər