Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti
20 sentyabr 2025
# 12:00

Bu gün Xalq artisti, kinorejissor Əjdər İbrahimovun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Gallery
Əslən Təbrizdən olan Əjdər İbrahimov 1919-cu ildə Aşqabadda dünyaya gəlib.

Teatr texnikumunu bitirəndən sonra İkinci Dünya müharibəsinə yollanır.

1946-cı ildə kinorejissorluq fakültəsinə qəbul olur. Və Qriqori Çuxray, Rezo Çxeidze, İlya Qurin, Vladimir Çebotaryev, Aleksandr Alov, Vladimir Naumov, Vladimir Basovla birgə təhsil alır.

Gallery

Yutkeviçin kursundakı tələbələrin bir çoxu, demək olar ki, müharibə iştirakçılarıydılar. Ona görə də bu kurs, həm də "hərbi kurs" adlanırdı.

Müharibə illərindən sonra qıtlıq illəri olduğundan Əjdər də digər tələbə dostları kimi bir müddət dərsə hərbi paltarlarda gedirmiş.

***

Rejissor Marqarita Maleyeva ilə ailə quran Əjdər 1952-ci ildə İnstitutu bitirib Aşqabada qayıdır.

Gallery

O, Aşqabadda əvvəl “Firuzə”, sonra “Xəzərin sahilində” adlı filmlər çəkir. Bir il sonra onu Bakıya dəvət edirlər. Rejissora təklif olunur ki, Tofiq Tağzadənin “Görüş”, Lətif Səfərovun “Bəxtiyar” - tamamlanmamış filmlərini çəkib bitirsin.

***

Bundan sonra rejissora Nazim Hikmətin "Romantika" avtobioqrafik əsəri əsasında "Bir məhəlləli iki oğlan" filmini ekranlaşdırmaq həvalə olunur. Filmin ssenarisini Nazim Hikmətlə Beqiçeva birgə yazırlar. Çəkiliş zaman Əjdər İbrahimovla Nazim Hikmət arasında dostluq münasibətləri yaranır.

Rejissorun bu filmini bəyənən komissiya sədri, sovet kinosunun nəhənglərindən biri hesab olunan Aleksandr Dovjenko ona "Mosfilm"də qalıb işləməyi təklif etsə də, Əjdər İbrahimov bu təkliflə razılaşmır.

Gallery

1958-ci ildə Ə. İbrahimov “Onun böyük ürəyi”ni çəkir. Filmin ssenarisini İmran Qasımov yazıb. Bu filmdən sonra Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarından xahiş ediblər ki, Əjdər bəyi kinematoqrafiyanın formalaşdırılmasına yardım üçün Vyetnama göndərsinlər.

Gallery

Rejissorun filmoqrafiyasında ən maraqlı filmlərdən biri də Nəriman Nərimanovun həyatından bəhs edən “Ulduzlar sönmür” filmidir.

İsa Hüseynovla birgə ssenarisini yazdığı bu filmin çəkilişlərində dəfələrlə yazıçı ilə mübahisəsi düşür. Filmin çəkişləri bitəndən sonra partiya ideoloqları Əjdər İbrahimova filmdə Hacı Zeynalabdin Tağıyevi parlaq obrazda təqdim etdiyi üçün təzyiq göstərirlər.

Rejissorun Adil İsgəndərovla yaxın dost olub. Onun, demək olar, bütün filmlərinə çəkilən Adil İsgəndərov xəbər tutur ki, Əjdər İbrahimov Nazim Hikmətin pyesi əsasında “Məhəbbətim mənim, kədərim mənim” adlı film çəkəcək. Tez dostuna zəng vurur:

“Əjdər, mən çox istərdim ki, sənin bu filmində çəkilim, ona görə ki, mənim ən böyük arzularımdan biri Türkiyədə olmaqdır. Bundan sonra rahat ölə bilərəm”.

Filmin çəkilişləri başlayanda Əjdər İbrahimov Adil İsgəndərova xəbər yollayır, ancaq öyrənir ki, Adil İsgəndərov vəfat edib...

Gallery

1970- ci ildə çəkdiyi “Şamaxı səması altında” qısametrajlı sənədli-xronikal filmi haqqında heç bir məlumat yoxdur.

***

Onun ssenari müəllifi olduğu filmlərdən biri də “Qayınana” filmi olub.

Əjdər İbrahimov həyat yoldaşı Marqarita Maleyeva ilə birlikdə Məcid Şamxalovun teatr librettosunun əsasında kinossenari yazırlar.

Ancaq iddialara görə, “Qayınana” liberottosu 1865-ci ildə ilk qadın nasir, dramaturq, rejissor Səkinə Axundzadənin “Qayınana və gəlin” əsəri əsasında yazılıb.

Gallery

Rejissorun “Məhəbbətim mənim, kədərim mənim” filminin baş rollarından birini Türkan Şoray canlandırıb.

Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də uzun sürən xəstəlikdən sonra Moskvada vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər