“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi oldu

“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi oldu
29 iyun 2026
# 10:10

Rejissor Antuan Fukuanın çəkdiyi “Maykl” filmi dünya üzrə 977 milyon ABŞ dolları gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən bioqrafik filminə çevrilib.

Kulis.az xəbər verir ki, film 975 milyon dollar gəlir toplayan “Oppenheimer” filmini geridə qoyub.

Qeyd edək ki, pop kralı Maykl Ceksonun həyatından bəhs edən filmdə baş rolu müğənninin qardaşı oğlu Cafar Cekson canlandırıb. “Maykl”, eyni zamanda “Lionsgate” studiyasının tarixində ən çox gəlir gətirən film olub.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər