Kann Film Festivalı nə vaxt başlayır?

Kann Film Festivalı nə vaxt başlayır?
1 aprel 2026
# 16:43

Dünya kinosunun ən nüfuzlu festivallarından olan Kann Film Festivalı yaxınlaşır.

Kulis.az xəbər verir ki, builki – 79-cu Kann Film Festivalı 12–23 may tarixlərində keçiriləcək.

Festivalın münsiflər heyətinə “Oldboy” və “No Other Choice” kimi filmlərlə tanınan cənubi koreyalı rejissor Park Çan-vuk rəhbərlik edəcək.

2026-cı il aprelin 9-da festivalın rəsmi seçimi açıqlanacaq. Artıq yarış proqramında yer alması ehtimal olunan filmlərlə bağlı proqnozlar səsləndirilir.

Gözləntilərə görə, seçkidə Sandra Hüllernin baş rolda çəkildiyi, Pavel Pavlikovskinin “1949”, Pedro Almodovar imzalı “Bitter Christmas”, rusiyalı rejissor Andrey Zvyaqintsevin “Minotaur” və Rodriqo Soroqoyenin Xavyer Bardem və Victoria Luenqo ilə çəkdiyi “The Beloved” filmləri ön plana çıxa bilər.

Fransız kinosundan isə Quentin Düpyöün “Full Phil” və Stefan Brizenin “Un Bon Petit Soldat” filmlərinin də proqramda yer alacağı ehtimal olunur.

Bundan əlavə, iranlı rejissor Əsgər Fərhadinin Parisdə çəkdiyi və İzabel Yupper, Katrin Denöv, Vensan Kasselin rol aldığı “Parallel Tales”, həmçinin Ceyms Qreyin çəkdiyi, Adam Drayver, Skarlett Yohansson və Maylz Tellerin baş rolları bölüşdüyü “Paper Tiger” filminin də Kann-2026-da nümayiş olunacağı gözlənilir.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər