“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı
31 iyul 2026
# 17:10

"Spider-Man: Brand New Day" filmi Filippindəki nümayişində rekorda imza atıb.

Kulis.az xəbər verir ki, bu haqda "Columbia Pictures" şirkəti rəsmi məlumat yayıb.

"Marvel"in yeni ekran işi nümayiş olunduğu ilk gündə Filippində 1,6 milyon dollar gəlir əldə edib.

Bu nəticə həm "Sony Pictures" üçün ölkədəki ən böyük debüt, həm də pandemiya sonrası dövrün ilk gün rekordudur.

Həmçinin film Filippin kinomatoqrafiya tarixində bütün dövlətlər üzrə ən yaxşı açılış edən üçüncü ekran işi olub.

Qeyd edək ki, baş rollarını Tom Holland, Zendaya və Ceykob Batalonun paylaşdığı film iyulun 29-da tamaşaçılara təqdim olunub.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər