"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı
20 iyul 2026
# 18:40

Harri Potter haqqında kitabların yeni ekranlaşdırılması üzərində işləyən quruluşçu operator Adriano Qoldman serialın istehsalı ilə bağlı bəzi təfərrüatları açıqlayıb. O, bu barədə "YouTube"dakı vloqunda məlumat verib.

Kulis.az xəbər verir ki, Qoldmanın sözlərinə görə, Hoqvarts gələcək serialın ilk epizodunun sonunda görünəcək və bu, gənc sehrbazın gözü ilə təqdim edilməyəcək.

Operator həmçinin bildirib ki, birinci seriyanın əksər hissəsi maqlların dünyasında cərəyan edəcək. Hazırda layihə komandası rəng korreksiyası üzərində işləyir. Qoldman çəkiliş prosesinin daha bir xüsusiyyətini də açıqlayıb: əksər aktyorlar layihədə iştirakı dərsləri ilə birləşdirmək məcburiyyətində qaldıqları üçün çəkiliş meydançasında cəmi saat yarım qalırlar.

Yeni "Harri Potter"in 25 dekabr 2026-cı ildə onlayn yayımlanacağı məlumdur. Premyera "HBO Max" platformasında baş tutacaq.

# 140 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər