Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət
18 noyabr 2026
# 12:47

Süni intellektin aktyorların simasını, səsini və ifasını onların razılığı olmadan təqlid etməsi kino sənayesində ciddi müzakirələrə səbəb olur.

Kulis.az xəbər verir ki, Böyük Britaniyanın aktyorlar həmkarlar ittifaqı “Equity” və prodüserləri təmsil edən “Pact” təşkilatı film və televiziya sahəsində çalışan sənətçilərin rəqəmsal hüquqlarının qorunması ilə bağlı razılaşma əldə ediblər.

Təklif olunan mexanizm aktyorların rəqəmsal surətlərindən istifadəyə, insan əməyinin süni intellektlə əvəzlənməsinə və ifaçıların razılığının alınmasına dair təminatları nəzərdə tutur. Razılaşma əməkhaqqı, çəkiliş şəraiti və kastinq prosesinin digər aspektlərini də əhatə edir. Ancaq bu, hələ bütün aktyorlar üçün qüvvəyə minmiş yekun qərar deyil: sənəd həmkarlar ittifaqının təxminən 8 min üzvünün səsverməsinə çıxarılacaq və səsvermə noyabrın 30-da başa çatacaq.

# 316 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər