Haqqarar: “Cinayətkar” -Ən qısa hekayə

Haqqarar: “Cinayətkar” -Ən qısa hekayə
18 dekabr 2013
# 17:00

Kulis.Az Haqqararın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cinayətkar” (348 işarə) hekayəsini təqdim edir.

Qapı döyüldü. Günxan “Bu gecə vaxtı kim ola?-”deyən atasının ardınca qapıya qaçdı.

Polis gecənin bu vaxtı cinayətkar axtarırdı.

Kişi öz-özünə söyləndi: “Görəsən nə edib?”

İndi də qonşuların qapıları döyülürdü.

Günxan yorğanı başına çəkdi: “Birdən o bizə gəlsə?..”

Səhər qorxa-qorxa qapını açıb, yan-yörəsinə baxa-baxa məktəbə yollanan Günxanın gözü blokdakı yazıya sataşdı:

Axtarışdadır: ƏNƏLHƏQQ!”

# 2328 dəfə oxunub

Müəllifin son yazıları

# # #