“Yeni ildə əzizlərimizə kitab hədiyyə edək”

“Yeni ildə əzizlərimizə kitab hədiyyə edək”
3 dekabr 2014
# 13:05

Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu vətəndaşlara müraciət ünvanlayaraq Yeni ildə hədiyyə kimi kitab almağı tövsiyə edib.

Bu barədə Kulis.az-a Şahbaz Xuduoğlunun özü məlumat verib.

Müraciətdə bildirilir ki, Fontanlar meydanında xeyriyyəçilik niyyəti ilə “Nərgiz" nəşriyyat evi "Soyuq əllər, isti ürək" Yeni il bazarı təşkil edib və nə yaxşı ki, burada kitaba da yer ayrılıb: “1500 adda 20 min ədəd Azərbaycan, Türk, İngilis, Rus dillərində kitablar olacaq. Bu bayram elə bir bayramdır ki, bütün insanlar özlərinə uyğun hədiyyə alır, yaxud hədiyyə verir. Gəncliyimizə, gələcəyimizə, bəşəriyyətə böyük bir töhfə olar ki, Yeni il bayramında – uşağa, böyüyə, valideynlərə, ailə üzvlərinə, iş yoldaşlarına kitablar hədiyyə edək. Hamını kollektiv olaraq, ailə olaraq, “Yeni il Bazarı”nda kitab bayramlaşmasına dəvət edirəm.

Dekabrın 3-dən Yanvarın 3-dək, kitab rəflərinin önündə kitab seçiminizə məmnuniyyətlə özüm yardım edəcəm”.

# 1055 dəfə oxunub

Müəllifin son yazıları

# # #