Şəhərlərin yox, insanların fərqi olar

Şəhərlərin yox, insanların fərqi olar
8 may 2014
# 16:35

Yaşıl

Lamiyə Mərdan

Bakıda

ölmüş balıqların

uzaq sahillərində

yaşıl gözlü

qocadan

tək fərqin

gözlərinin rəngidi.

hər gün

eyni saatda günəş batar,

külək əsər bu şəhərdə.

yalnızlara

şəhərin fərqi olmaz.

insanın fərqi olar.

dünyanın ən uzaq nöqtəsində

kimdənsə şərqdəsən,

kimdənsə qərbdə.

Coğrafiyanın mərkəzini itirib

çökəklikdə batmağın həzzini,

məktəblinin əzbərində eşitdiyin

Sakit okeanda axtarırsan.

kürənin

şərqi ya qərbi

Harda olmağın yox,

kimlə olmağın

fərqi qocanın

yaşıl gözlərindədi.

dünyanın

ən uzaq nöqtəsində

kimdənsə şərqdəsən,

kimdənsə qərbdə.

# 1687 dəfə oxunub

Müəllifin son yazıları

# # #