Analar sevincdən köçər dünyadan

Analar sevincdən köçər dünyadan
25 avqust 2014
# 10:22

Atəşkəs pozuldu yenə bu axşam,

Ana övladıyla köçdü dünyadan.

Göz yaşı qan ilə doldu bu axşam,

Ah-nalə səsləri qalxdı obadan...

Ana qışqıraraq ah-nalə etdi,

Dözməyib bu hala özündən getdi.

Gələcək bir ömrü bu gündən bitdi,

Ana övladıyla köçdü dünyadan.

Ağılar səslənir, göz yaşı axır,

Tabutun dalına doğmalar baxır...

Bu gediş qəlbləri yandırıb yaxır,

Ana övladıyla köçdü dünyadan...


Toyunu görmədim, ay şəhid oğlum,

Belimi bükübdür sənin yoxluğun.

Burnumdan getməyir sənin gül qoxu,

Ana övladıyla köçdü dünyadan...

Ana ağladıqca söyləyir yenə,

Qoy vətən sağ olsun, qəm gəlsin mənə

Övladım layiqdir bu cür zirvəyə,

Ana övladıyla köçdü dünyadan...


Təki bayrağımız enilməz olsun,

Vətən torpağımız basılmaz olsun.

Elimiz, obamız ayrılmaz olsun,

Analar övladıyla qalsın dünyada...

Ey Cəlil, bu dərddə bitəcək bir gün,

Analar sevinib, güləcək bir gün.

Azəri torpağı olanda bütün,

Analar sevincdən köçər dünyadan...

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #