Mən itirməyəcəyəm, dədə...

Mən itirməyəcəyəm, dədə...
30 iyun 2016
# 17:20

Şahin Sərdarlı

Yenə şər qarışan vaxtıdı. Axmaq bir sızıltı var, qabırğalarımın arasında...

Nə əclaf adamam mən. Ağrılarım da yağış kimidir, sevgim də. Yağış hey yağır, can verir can istəyənə. Sonra göylərə çəkilir. O çox fərqlidir. Nərildəyir, guruldayır. Təkrar bir də yağır. Amma mən?! Lal quzuyam, dədə...

Qarlı-çovğunlu qış günü idi. Beş yaşım olardı, ya da olmazdı. Evimizin yanından Ələs kişinin evinə qədər xizəklə sürüşür, oradan da xizəyimin ipini xəlvətcə uşaqların xizəyinə keçirib, düz evimizə qədər rahatca gələrdim. Acırdım. Evə getsəydim, məni evdə saxlayacaqdı anam.

... Nur işığına "mənə "töləy" ver" deyərmişəm həmişə. Bir şeyi daha çox xatırlayıram. Qar dənəciklərinin pendir dürməyini islatmasını və o dürməyin dadını. Bu dadı əvəz edə bilən dad görmədim mən. O balaca canıma and olsun ki, görmədim.

Ya onun əlinin qoxusu, tamı imiş, ya da..."Ya da"sı yoxdur! Düşünürdüm bu sevgidə yanılmışam, haqsızam, məğlub olmuşam.

Mən itirməyəcəyəm, dədə.

- Kor gözünə nə istəyər?

- İşıq...

Mənsə eynək istəyirəm. Çox şey yox...

# 996 dəfə oxunub

Müəllifin son yazıları

# # #