Sənə sevirəm desəm

Sənə sevirəm desəm
15 yanvar 2013
# 12:30

Leyla Namazovanın şeiri

Mənə günəşim demə günəşdən gür saçıram

Mənə ulduzum demə ulduzdan parlağam mən

Mənə ayım demə aydan işıq saçıram

Mənə gülüm demə güldən gül qoxuram mən

Mənə maralım demə maraldan da gözələm

Mənə ürəyim demə ürəyimdə yerin bol

Mənə canım demə canın mənə əzizdi

Mənə gözüm demə gözünün nuru mənəm

Mənə sevgilim demə sevgin tək mənə aid

Mənə əzizim demə əziz insanın mənəm

Mənəm səni tək sevən sənin oduna yanan

Daima sənin yanında qalmaq istəyən biri

Nəfəsini hər an duymaq ürəyini oxumaq

Bu dünyada sən mənim ən böyük varlığımsan

Hər an könlüm sevinir sən yanımda olanda

Bəxş edirsən bu sevinci, mənə hər an həmişə

Səni sevmək səni duymaq nə qədər də xoş imiş

Sevgim ruhlandırır məni hər an səni sevməyə

Bu həyatda sən mənim ən böyük hədiyyəmsən

Damarımda qanımsan, canımsan, ürəyimsən

Sənsiz bir anlıq belə yaşaya bilmərəm mən,

Həyatımın mənası qəlbimin sahibisən

Ürəyimin oğrusu könlümün sevincisən

Qürurumsan fəxrimsən ən doğma adamımsan

Səni sevirəm desəm nə edərsən mənə sən

Nə olar rica edirəm sev məni mənim qədər.

# 4134 dəfə oxunub

Müəllifin son yazıları

# # #