Bu xəyanət de harada görünmüş

Bu xəyanət de harada görünmüş
7 may 2018
# 17:40

Yusif Mirəliyev

Yollara səpilər çiçək tək gül tək

Yollarda heykələ dönüb qalarsan

Bir zaman sevməyən o daş qəlbinlə

Acıyar-acıyar qəlbən yanarsan

Həsrətdən göynəyər burnunun ucu

Yüklərsən qəlbinə minlərlə suçu

Tüfəng götürərsən olarsan ovçu

Yollarda qatır tək dırnaq salarsan

Vüsala çatarsan özgə biriylə

Ötüşər aylarda bir-bir il ilə

Məni xatırlasan qızıl gül iylə

ətrimi mütləq o güldən alarsan

***

Ömrün bu çağında düşdüm çətinə

Görmədim boşunu düşdüm bərkinə

Mindim bir atlının atda tərkinə

Atlı əzrayılmış, at da ömürmüş

Atlı hey çaparaq atı döyürmüş

***

Çoxdan unutmuşdum bəlkə də səni

Damarda dövr edən qan olmasaydı

Özümü bəlkə də həlak etmişdim

Mənə şirin olan can olmasaydı.

Nələrə qadirdir ilahi insan

Bir əlində çiçək, bir əlində qan

Üzdə qardaş deyir, arxada düşman

Od tək püskürərdim nan olmasaydı.

Yusif nə ağlama, nədə ki gülmə

Hər yoldan keçəni qardaşın bilmə

Mərd gəz bu dünya namərd tək ölmə

Zülmət çəkilməzdi dan olmasaydı.

***

bu ayrılıq məni yıxıb əzəcək

de nə qədər ürək buna dözəcək

inan axır bir gün oda bezəcək

axtaracaq hər tərəfi gəzəcək

qış gecəsi ulduzdan tor toxunub

Ay ağarıb sanki rəngi boğulub

ömür qısa arzusa çox doğulub

insan özü arzulardan yoğrulub

yetmədi bir arzum kama

gözüm baxır nurlu şama

şam əriyib yana-yana

arzum təki gedir bada

sönmüş soba, soyuq oda

qəlbim olub tənha ada

oxu şeri sal bir yada

səni sevən yusif vardı

bu dünyada

***

Axşam çağı Araz üstə çıxanda

O tay Azərbaycan deyib baxanda

Gözlərimdən sellər sular axanda

Quru araz! Utan araz! Yan araz!

Hakim Araz! Məhkum araz! Xan araz!

Niyə bizi sən deyib ayırdılar

Səni dostlar müqəddəs sayırdılar

İndi səni keçilməz qayırdılar

İki qardaş arasında qan araz

Hakim Araz! Məhkum araz! Xan Araz!

Fələk səni etdiyinə dönəydin

Bizim kimi ayrılığı görəydin

Araz boyda bağrın başın dələydin

Bir görəydin nələr çəkir! Can Araz!

Hakim Araz! Məhkum araz! Xan Araz!

Azərbaycan iki yerə bölünmüş

Bu xəyanət de harada görünmüş

Olmuşsada artıq sərhəd sökülmüş

Qurumayan həmişə axan araz

Hakim Araz! Məhkum araz! Xan Araz!

Araz adlı bir çay var yer üzündə

Qan-qaynayır yatağının gözündə

Dərd daşıyır o özüdə özündə

Ayrılığı bu sərhəddi, dan! araz !

Bu xəyanət de harada görünmüş

# 1843 dəfə oxunub

Oxşar xəbərlər

Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

16:30 17 may 2024
# # #