Xarakter qadınlar üçün deyil

Xarakter qadınlar üçün deyil
3 dekabr 2013
# 08:30

Vurğun Maşiyev

Bir ay bundan əvvəl Lermontovun “Zəmanəmizin qəhrəmanı” adlı kitabını alıb oxudum. Oxumağınızı tövsiyə edirəm. Tövsiyəmin heç də yersiz olmadığına sübut olaraq.

Sizə bu romanda olan Peçorin adlı bir obrazdan danışım. Bəyəndiyi qadınları əldə etmək üçün min cür hoqqadan çıxan, ancaq əldə etdikdən bir müddət sonra bezən bir adamdır. Qadınlar haqqında konkret nə fikirləşir, məlum deyil.

“Ümumiyyətlə insan, əsas da qadın, qəribə məxluqdur. Harada qadın cəmiyyəti var, orda mütləq yüksək və aşağı təbəqə yaranacaq” deyir bəzən. Romanı oxuyarkən fikirləşirsən ki, Peçorin üçün qadınlar sadəcə seks partnyorudur. Çünki bəzən qadınları aldadır və bunu sadəcə elə fikirləşdiyi üçün edir.

Peçorin deyir: “Düzü, xarakterli qadınlardan heç xoşum gəlmir. Bu onlar üçün deyil axı.”

Həyatında bir çox qadın tərəfindən “rədd cavabı” alan kişilərin qadınlara qarşı mənfi rəylərini başa düşmək olur çox vaxt. Ancaq Peçorin kimi insanları başa düşməkdə bir az çətinlik yaranır. Həyatında heç vaxt o cavabı almayan insan niyə qadınlar haqqında belə fikirdədir bəs? Hərdən özü də bu barədə özünə sual verir: “Bəlkə hələ də güclü qadına rast gəlmədiyimə görədir?”

Bəzi kişilər həyatının qadınlarını sınaq-yanılma üsulu ilə seçməyi üstün tuturlar. Yəni bir qadınla tanış olur və səhv etdiyini anlayana qədər ona aşiq olur. Nəticə etibarı ilə yanılma qaçılmaz olsa da, bəzi qadınlar ağıllı olduqları üçün bu prosesi bir az da uzadırlar. Kişi səhv etmədiyi haqda səhv fikrə düşür və natamam tanışlığın nəticəsi olan o nağılabənzər eşqdən zövq alır.

Tanışlıq mərhələsində olduğunuz qadınların heç biri cəvahirat hədiyyə ediləcək qədər dəyərli deyil. Tanış olduğu bütün qadınlarla dərhal sekslə məşğul olmaq potensialına malik olduğu üçün sınaq-yanılma mərhələsindən zövq almadan digərinə yönəlir.

“Mən, artıq xoşbəxtlik axtarılan, qəlbin hər hansı qadını ehtirasla sevməyə ehtiyacı olduğu mərhələni çoxdan keçmişəm.”

# 1881 dəfə oxunub

Oxşar xəbərlər

Maria - Sabir Etibarlının hekayəsi

Maria - Sabir Etibarlının hekayəsi

16:48 30 aprel 2024
Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
# # #