Keşiş olmaq istəyirəm

Keşiş olmaq istəyirəm
20 dekabr 2012
# 17:09

Keşiş olmaq istəyirəm

İnsan iyi bilən, dərd dinləyən keşiş.

Kimdir sevən, kimdir qatil,

bic doğan, gic doğan,

tanınmayan tanışları

tanımaq istəyən keşiş.

maraq deyil mənimki.

insanlıq görmək tamahı,

göz yumulan insan ahı dadmaq istəyən,

sirr daşı olan keşiş.

demirəm əlac olacam,

demirəm başlara tac qoyacam,

yalan deyib, gözə girib,

əlimdəki son tikəmi verib ac qalacam.

sadə və sadəcə ürəyi yanan keşiş olacam

keşiş.

Kipriyini meşə bilib

hər ağacın arxasınsa dovşan kimi qısılmışam

gözlərində dəniz görüb tez çatmaqçün

gəmilərə yelkən olub asılmışam.

əllərini ,qollarını zindan bilib

qıfıllanıb, zəncirlənib sarılmışam.

hərdən olub sərt üzünü görüb səndən

incimişəm, darılmışam.

bəzən səni mənim bilib

xəyallara, xülyalara qapılmışam.

bu var yoxlar, bu get gəllər

quduzlaşıb boğazımdan yapışanda

parçalanıb savrulmuşam.

baş götürüb gedəndə də elə get ki,

sanmayım ki bu dünyada

lazımsızam atılmışam.

# 3517 dəfə oxunub

Oxşar xəbərlər

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
# # #