Unutma, həsrət sonsuz deyil - Yeni şeirlər

Unutma, həsrət sonsuz deyil - Yeni şeirlər
8 dekabr 2022
# 16:00

Kulis.az Cavid Musanın yeni şeirlərini təqdim edir.

Zaman..


Bu dünyada hər şey bitir.
Bəs bitməyən şeylər nədi?
Zaman...
Zaman sonsuz, Zaman əbədi.
Şəfəqlərdə quşların səsini eşidirsən?
Onlar uçdu.
Bəs ağaclarda yarpaqların
xışıltılı səslərini eşidirsən?
Onlar töküldü.
Xəzan üstə yeriyən insan?
Onlar torpağa qarışdı.
Hər şey "bir anda" olur.
Hər şey "bir anda" bitir.
Hər şey bitir, "bir an" bitmir.
Zaman sonsuz, zaman bitmir!

Sevən ürək


Sevgi - ürəklərdə odla suyun qarışığı.
Sevgi - küsən könüllərin barışığı.
Sevən ürək alovlar içində diridir-diri.
Sevən ürək bu dünyadan iridir-iri.
Sevgisiz dünyaya baxma.
Süni heçnə istəmirəm,
Süni hər şey qəmdir mənə.
Süni cənnət olsa belə,
Cəhənnəmdir mənə.
Hisslərim qarışır.
Qəzəbim - ağlım ilə yarışır.
Gecələr xəyallarım alovlanır - alışır.
Qəlbimdə ağrı-acı dolaşır.
Mən nə edim?
Bir qərar verməliyəm, bacarmıram.
Qoy, yeni başlanğıc arzusu olsun.
Unutma, həsrət sonsuz deyil.
Vüsala yetməyin mənası olsun.

Ulduz işığı


Gecə ulduzlar səmanı örtür.
Kimsə ulduz sayını bilmir.
Bəzən qovuşmur biri-birinə,
Ulduzlar öz tayını bilmir.
Hər ulduz bir həyatdır.
İnsan ömrünə işıq salır.
Darıxanda seyr elə ulduzları,
Bizə həyatın qiymətini xatırladır.
Gözümü açıb, müharibə gördüm.
Savaşın içində böyüdüm.
Ulduz görə bilmədim mavi səmada.
Barıt tüstüsündən, silah səsindən.
Vətənimə hücum çəkdi,
Düşmənləri hər tərəfindən.
Hey düşünürəm,
Bu dünya səni nə vaxtdan
Yox etməyə başladı Vətən?!

# 503 dəfə oxunub

Oxşar xəbərlər

Qaranlıqdan yola çıxan adam - Yeni yazı

Qaranlıqdan yola çıxan adam - Yeni yazı

15:30 13 yanvar 2023
Bizim bir fərqimiz var... - Yeni şeirlər

Bizim bir fərqimiz var... - Yeni şeirlər

16:00 10 yanvar 2023
Dəhşətli qəza - Mərziyə Məlikovanın hekayəsi

Dəhşətli qəza - Mərziyə Məlikovanın hekayəsi

14:20 5 yanvar 2023
Deyəsən, sıra məndədir - Yeni hekayə

Deyəsən, sıra məndədir - Yeni hekayə

13:50 14 dekabr 2022
Sevinc-kədər - Yeni hekayə

Sevinc-kədər - Yeni hekayə

16:20 19 oktyabr 2022
Səda - Yeni hekayə

Səda - Yeni hekayə

17:40 30 avqust 2022
# # #