Xocalı hadisələrindən bəhs edən “Doğma torpaq” filmi təqdim olunacaq

Xocalı hadisələrindən bəhs edən “Doğma torpaq” filmi təqdim olunacaq
28 fevral 2024
# 10:11

“Narimanfilm” kinostudiyası “Doğma torpaq” tammetrajlı bədii film layihəsi üzərində işləyir. Film Azərbaycanın yaxın tarixinin üç vacib mərhələsini işıqlandırır. Bunlar Ermənistanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından qovulması, birinci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun Vətən Müharibəsindəki şanlı qələbəsidir.

Kulis.az xəbər verir ki, “Doğma torpaq” tammetrajlı bədii filminin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur. Filmin çəkilişlərində Rüstəm Cəbrayılov, Alina Vorontsova (Rusiya), Hacı İsmayılov, Orxan Abbasov, Məbud Məhərrəmov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları iştirak ediblər.

“Doğma torpaq” bədii filminin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həmçinin, PASHA Holding, United Alliance group, Gazelli Group, AzMade Group, CMS, Azersun Holding şirkətlərinin, Caspian Energy Club və İTV-nin iştirakı ilə həyata keçirilir. Filmin ilk mərhələsinin çəkilişləri 2021-ci ilin mart-aprel aylarında, son mərhələnin çəkilişləri isə sentyabr-oktyabr aylarında aparılıb. Çəkilişlər Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində həyata keçirilib. Hazırda filmin istehsalı post-prodakşın son mərhələsindədir: qrafika üzərindəki iş artıq başa çatmaq üzrədir, səs-küyün yazılması və rəng korreksiyası üzərində iş gedir.

“Doğma torpaq” filminin 2024-cü ildə Vətən Müharibəsindəki Zəfərimizin dördüncü ildönümü ərəfəsində tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Filmin Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələr daxil olmaqla dünya miqyasında nümayişi, həmçinin beynəlxalq festivallarda iştirakı gözlənilir.

# 2444 dəfə oxunub

Oxşar xəbərlər

“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər