Azərbaycanlı yazar beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı yazar beynəlxalq festivalda iştirak edib
20 iyun 2018
# 16:10

Azərbaycan Next Stage Europe 2018 beynəlxalq festivalında təmsil olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, 13-17 iyun tarixlərində Höte İnstitutunun təşkilatçılığı və «LIT:potsdam» ədəbiyyat festivalının dəstəyi ilə Almaniyanın Postdam şəhərində Next Stage Europe 2018 beynəlxalq teatr festivalı keçirilib.

Festivalda Azərbaycan daxil olmaqla Rusiya, Belarusiya, Ukrayna, Gürcüstan və Ermənistandan olan gənc dramaturqlar iştirak ediblər.

Azərbaycanı festivalda yazıçı-publisist, AZTV-nin əməkdaşı Ülviyyə Heydərova təmsil edib. O, bu festivala «Uşaqlıq» adlı mono pyesi ilə qatılıb. Postdamın Hans Otto Teatrda keçirilən tədbirdə Ü.Heydərova Azərbaycan teatrı, ümumilikdə mədəniyyəti haqqında tamaşaçılara geniş məlumat verib. Bildirib ki, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq mədəniyyətə dövlət tərəfindən böyük dəstək var. Festival çərçivəsində iştirakçılar Hans Otto Teatrının yaradıcı heyətinin iş təcrübəsi ilə yaxından tanış olublar. Festival iştirakçıları, həmçinin Reithalle Teatrında Hans Otto Teatrının redaktorları Kristofer Hanf və Jonas Lüşerlə, Babelsberqdə Film və Televiziya Universitetinin Marlen Ditrix xiyabanında professor Torsten Şlyüzla, Berlin İncəsənət Universitetində professor, dramaturq Paul Brodovskiylə, Berlində Felix Bloch Erben müəllif və teatr agentliyində Gesun Pagels və Morits Staemmlerlə görüşüblər, müasir teatr tendensiyaları və dramaturqiya barəsində fikir mübadiləsi aparıblar. Bundan başqa iştirakçılar Berlindəki Höte İnstitutunda olublar, Deutsches Theater-də tamaşaları izləyiblər.

# 2198 dəfə oxunub

Oxşar xəbərlər

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

17:00 13 fevral 2026
“Arzunun ardınca”  sənədli filmi nümayiş olundu

“Arzunun ardınca” sənədli filmi nümayiş olundu

16:30 13 fevral 2026
"F1"-in davamı çəkiləcək

"F1"-in davamı çəkiləcək

14:30 11 fevral 2026
Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

12:54 11 fevral 2026
"Kinematoqrafiya haqqında”  Qanun dəyişir

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

15:05 10 fevral 2026
Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

13:44 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər