Mustafa Mərdanovun yubileyinə həsr olunmuş tamaşa

Mustafa Mərdanovun yubileyinə həsr olunmuş tamaşa
26 fevral 2019
# 13:03

Fevralın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illiyi ilə bağlı tədbir keçiriləcək.

Xatirə mərasimində görkəmli sənətkarın həyat və yaradıcılığından danışılacaq, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə nəzər salınacaq.

Tədbirdən sonra Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanılacaq.

N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Səhnə əsərində Xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək. ./azertag.az/

# 2298 dəfə oxunub

Oxşar xəbərlər

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

17:37 4 iyul 2025
Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda

18:40 30 iyun 2025
Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

17:33 30 iyun 2025
# # #