Almaniya Oskara Fatih Akının filmi ilə gedir

Almaniya Oskara Fatih Akının filmi ilə gedir
25 avqust 2017
# 17:13

Almaniya bu ilki Oskar yarışmasına Fateh Akının “Aus dem Nichts” (“Solğun”) adlı filmini göndərir.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, film xarici dildə ən yaxşı film nominasiyasında yarışa bilər. “Solğun” neonasistlər tərəfindən təşkil olunan bir terror hücumu və bu hücumda kürd həyat yoldaşını və oğlunu itirən alman qadının həyat hekayəsindən bəhs edir.

Dünya premyerası 26 mayda Kannda baş tutan filmin baş rolunda oynayan aktrisa Diana Kruger festivalın “Ən yaxşı aktrisa” mükafatını qazanmışdı.

Film Almaniyada 8i türk olmaqla 10 nəfərin ölümündə ittiham olunan sağçı Yeraltı Nasional Sosialist terror hücrəsi ətrafında son illərdə hallanan qalmaqala göndərişlər edir.

Hələlik Fatih Akının filmi namizədliyə namizəddir. Namizədlərin siyahısı 23 yanvar 2018-ci il tarixdə açıqlanacaq. Oskar mükafatlandırma mərasimi isə 4 mart 2018-ci ildə Hollivudda 90-cı dəfə baş tutacaq.

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

16:57 15 may 2026
"Oskar"lı ulduzdan böyük layihə

"Oskar"lı ulduzdan böyük layihə

14:17 15 may 2026
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

13:53 15 may 2026
Uill Smit "Oskar" qalmaqalından sonra  ekranlara qayıdır

Uill Smit "Oskar" qalmaqalından sonra ekranlara qayıdır

13:15 15 may 2026
“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

11:03 15 may 2026
“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər