Kukla Teatrında ustad dərsləri keçirilir

Kukla Teatrında ustad dərsləri keçirilir
9 oktyabr 2019
# 18:47

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti ustad dərsləri başlanıb.

Bu dəfə teatrın truppasına daxil edilən gənc aktyorlara kukla oynatma sənəti, fərqli texnikalarla hazırlanmış kukla nümunələrini obraza çevirmənin incəlikləri öyrədiləcək. Bundan başqa, aktyorlara səs, ifadə, hərəkət üzrə təlimlər də keçiləcək.

Sistemli şəkildə davam edəcək dərsləri tanınmış teatr rejissoru və aktyoru, uzun illər (1987-1993) Dövlət Kukla Teatrının baş rejissoru olmuş Namiq Ağayev aparacaq.

Bu dərslərin təşkilində məqsəd incəsənət profilli ali və orta ixtisas təhsilli məktəblərimizdə kukla teatrı aktyorluğu, kuklaçılıq və ümumilikdə kukla sənətinin oyun və texniki tərəflərinin öyrədilməməsi baxımından yarana biləcək çatışmazlıqları aradan qaldırmaqdır. Dərslər müddətində rejissorun aktyorlarla oyun-tamaşa, praktiki materiallarla işləmə vərdişləri də təkmilləşdiriləcək.

Namiq Ağayev çoxillik sənət təcrübəsini bölüşməklə yanaşı, aktyorlara kukla aktyoru və rejissoru kimi özünü ifadə sərbəstliyi, həmçinin obraza çevirdiyi kuklasının mexanizm olaraq mənimsəmək vərdişləri də aşılayacaq.

Onu da qeyd edək ki, teatrın təşkil etdiyi bu dərslərdə digər kukla teatrı aktyorları, həmçinin bu sahəyə maraq göstərən şəxslərin iştirakı sərbəstdir. /azertag.az/

# 3901 dəfə oxunub

Oxşar xəbərlər

“Astarada kino günləri”  başa çatdı

“Astarada kino günləri” başa çatdı

17:02 6 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
“Qeybolma”  filminin çəkilişlərinə başlanıldı

“Qeybolma” filminin çəkilişlərinə başlanıldı

14:00 6 iyul 2026
"Polis müharibələri"nin aktyoru vəfat etdi

"Polis müharibələri"nin aktyoru vəfat etdi

12:00 6 iyul 2026
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

11:46 4 iyul 2026
"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

11:00 4 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər