Hind kinosunun ulduzu Bakıya gəlir

Hind kinosunun ulduzu Bakıya gəlir
26 dekabr 2017
# 20:19

Dekabrın 27-də Bakıda “Məhəbbət səfiri” sənədli filminin təqdimatı çərçivəsində hind kinosunun ulduzu, dünya şöhrətli aktyor Dharmendra ilə görüş keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbir Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunub.

Dharmendra (əsl adı Dharam Sinqh Deol) hind aktyoru, prodüser və siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə o, bu ölkənin üçüncü ən yüksək mülki mükafatı olan Padma Bhuşan, həmçinin bir neçə mükafata layiq görülüb. Aktyor bir çox ekran əsərində, o cümlədən “Daş və Çiçək”, “Sevimli Raca”, “Qisas və Qanun”, “Cəngəlliklər kralı”, “Əbədi məhəbbət nağılı”, “Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər məşhur filmlərdə çəkilib. /azertag.az/

# 2049 dəfə oxunub

Oxşar xəbərlər

Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

18:30 30 iyun 2026
Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu

Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu

14:30 30 iyun 2026
"2 Aile Arasında" filmindən ilk kadrlar yayımlandı

"2 Aile Arasında" filmindən ilk kadrlar yayımlandı

14:02 30 iyun 2026
"Həm kədərli, həm gülməli" üslubun müəllifi  - Onun hansı filmi qalmaqala səbəb olmuşdu?

"Həm kədərli, həm gülməli" üslubun müəllifi - Onun hansı filmi qalmaqala səbəb olmuşdu?

13:00 30 iyun 2026
"Çox qorxulu kino"dan milyardlıq rekord: 26 il sonra gələn tarixi uğur

"Çox qorxulu kino"dan milyardlıq rekord: 26 il sonra gələn tarixi uğur

10:17 30 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:20 29 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər