İndiana Cons qadın olacaq

İndiana Cons qadın olacaq
5 aprel 2018
# 10:48

Rejissor Stiven Spilberq İndiana Jons obrazında qadın görmək istəyir.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Spilberq əsas rol üçün filmə aktrisa dəvət edəcək.

Bunu rejissor müsahibələrindən birində deyib. “Belə olan halda onu Joanna” adlandırmaq lazım gələcək”, - deyə, Spilberq şərh verib.

71 yaşlı rejissor uşaqlıqdan güclü qadınların əhatəsində böyüdüyünü deyib. Anası Leya onu və üç bacısını tək böyüdüb. Spilberqin mühəndis atası evdə çox az olurmuş: “Anam güclü idi. Onun öz səsi, öz mövqeyi var idi. Mən xoşbəxtəm, çünki mənə çox sevdiyim qadınlar təsir göstəriblər” – deyə Spilberq 1991-ci ildən evli olduğu Keyt Kepşounu nəzərdə tutub.

İndiana Consun macəraları haqqında beşinci filmin çəkilişləri gələn ilin aprelində başlayacaq və 2020-ci ildə premyerası olacaq. Bu, Harison Fordun oynadığı sonuncu İndiana Cons olacaq. “Amma əlbəttə əhvalat davam edir”, - deyə Spilberq söz verib.

# 1972 dəfə oxunub

Oxşar xəbərlər

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

17:37 4 iyul 2025
Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda

18:40 30 iyun 2025
Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

17:33 30 iyun 2025
# # #