"Ulduz müharibələri"ndə dünya rekordu

"Ulduz müharibələri"ndə dünya rekordu
17 iyul 2026
# 11:00

"Ulduz müharibələri" (Star Wars) filminin çəkilişlərində istifadə olunan Lük Skayuokerin orijinal işıq qılıncı hərracda 3,75 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, bu barədə "Hollywood Reporter" məlumat yayıb.

Söhbət Lük Skayuokerin 1980-ci ildə ekranlara çıxan "Ulduz müharibələri: Epizod V – İmperiya cavab zərbəsi endirir" filmində Dart Veyderlə döyüşdüyü məşhur işıq qılıncından gedir. Bu satış kosmik saqanın çəkilişlərində istifadə olunan rekvizitlər üçün yeni dünya rekordu müəyyənləşdirib.

Hərracdan əvvəl ekspertlər lotu ilkin olaraq 1 milyon dollar dəyərində qiymətləndirirdi və ümumi satış qiymətinin 2 milyon dolları keçməyəcəyini proqnozlaşdırırdılar. Lakin yekun rəqəm bütün gözləntiləri alt-üst edib.

Əvvəlki rekord isə 1977-ci ildə çəkilən ilk filmdən olan "X-wing" qırıcısının orijinal modelinə məxsus idi. Həmin model 2023-cü ilin oktyabrında 3,135 milyon dollara satılmışdı. Təşkilatçılar bildirib ki, satış "Heritage Auctions" evinin bu gün — iyulun 17-də başa çatacaq "Hollywood & Entertainment Signature Auction" tədbiri çərçivəsində baş tutub.

Eyni hərrac evində başqa bir pop-mədəniyyət əfsanəsi də yeni rekordla yadda qalıb. İyulun 14-də "Marvel" komiks qəhrəmanı Dəmir Adamın (Iron Man) ilk təsvirinin yer aldığı orijinal səhifə hərraca çıxarılıb. Dəmir Adamın ilk dəfə peyda olduğu "Tales of Suspense" komiksinin (mart 1963-cü il) birinci səhifəsi fantastik məbləğə — 3,8 milyon dollara alıcı tapıb.

# 489 dəfə oxunub

Oxşar xəbərlər

Kinoyazar.az saytının fəaliyyəti  dayandırıldı

Kinoyazar.az saytının fəaliyyəti dayandırıldı

21:48 31 avqust 2026
Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

17:39 31 avqust 2026
Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

11:40 31 avqust 2026
Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

18:00 29 avqust 2026
Ridli Skottun yeni  "The Dog Stars"  filmi  - Kino tənqidçiləri nə deyir?

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir?

12:30 29 avqust 2026
Azərbaycan kinosunda absurd tragikomediyanın banisi - Vaqif Mustafayevin 5 məşhur filmi

Azərbaycan kinosunda absurd tragikomediyanın banisi - Vaqif Mustafayevin 5 məşhur filmi

15:00 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər