“Torpağın dad hekayəsi” filminin təqdimatı olub

“Torpağın dad hekayəsi”  filminin təqdimatı olub
30 avqust 2025
# 10:16

Avqustun 30-da Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda Qərbi Azərbaycan mövzusunda çəkilmiş “Torpağın dad hekayəsi” filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

Filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir, layihə rəhbəri Kənan Qılıncxanovdur.

Filmdə Qərbi Azərbaycanın unikal mətbəxi haqqında bir hekayə təqdim olunur. Ailənin, əsasən yaşlı üzvləri qədim yemək reseptlərini bölüşürlər. Onların xatirələri Qərbi Azərbaycan mətbəxinin özəlliklərinə, üstəlik, onun zamanla nəsildən-nəslə ötürülməsinə, xalqımızın qonaqpərvərliyinə işıq salır. Filmdə yeməklərin birgə hazırlanma və süfrəyə verilmə prosesi, ailənin birgə zaman keçirməsi ilə bağlı maraqlı epizodlar yer alır.

# 1721 dəfə oxunub

Oxşar xəbərlər

Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər