"Lionsgate" kinostudiyası və Maykl Ceksonun irsinin idarəçiləri məşhur pop kralının həyatından bəhs edən bioqrafik filmin ikinci hissəsi üçün sənətçinin qardaşı oğlu Cafar Cekson ilə yenidən müqavilə bağlayıblar.
Kulis.az xəbər verir ki, bu haqda Cafar Cekson müsahibəsində məlumat verib.
O, Maykl Ceksona qarşı irəli sürülmüş uşaq istismarı ittihamlarına ilk dəfə məhz onun öz baxış bucağından dərindən toxunulacağını bildirib.
Aktyor qeyd edib ki, bu iddialar hər zaman başqalarının subyektiv yanaşması və müəyyən maraqları çərçivəsində təqdim olunub.
Ailə kimi əsas narahatlıqlarının illərlə Mayklın öz səsini duyura bilməməsi olduğunu vurğulayan Cafar, ikinci filmin bu baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib.
Antuan Fukuanın rejissorluq etdiyi ilk film 1987-ci ildə "Bad" klipinin nümayişi ilə yekunlaşdığı üçün 90-cı illərdə başlanan ittihamlar mövzusuna toxunmurdu.
Qeyd edək ki, layihənin çəkilişlərinə bu ilin sonu və ya növbəti ilin əvvəlində başlanacağı bildirilib.
"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi
Oxşar xəbərlər
Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm
12:00
6 oktyabr 2026
Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq
12:00
2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı
12:18
1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı
10:21
1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları
14:00
30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi
16:10
28 sentyabr 2026