“Mavi dənizin sahilində” filminin 90 yaşı tamam olur

“Mavi dənizin sahilində”  filminin 90 yaşı tamam olur
11 sentyabr 2025
# 10:30

Bu il “Mavi dənizin sahilində” filmi 90 illik yubileyini qeyd edir.

Kulis.az-ın məlumatına görə, məhz bu film ilk milli səsli film olub.

Ekran işində alim, ixtiraçı, mühəndis Pavel Tager tərəfindən təklif edilən və kino tarixində inqilaba səbəb olan sistemdən istifadə edilib, bundan sonra dünyada bütün filmlər onun sistemindən istifadə etməklə səsləndirilməyə başlayıb.

Film SSRİ-nin “Mejrabpomfilm”, “Azərfilm” kinostudiyasının birgə işi olub və innovativ çəkiliş texnikası sayəsində tarixi film statusu alıb. “Mavi dənizin sahilində” filminin rejissoru o dövrün kinematoqrafiya aləminin məşhur simalarından biri, RSFSR-in Əməkdar artisti Boris Barnet olub. İkinci rejissor Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rejissorluq fakültəsinin məzunu Səməd Mərdanov idi. Filmdə diqqət çəkən bir çox maraqlı epizodlar məhz onun yaradıcılıq axtarışlarının nəticəsidir. Kadrları müşayiət edən maraqlı musiqi parçaları epizodlarla məntiqi və üzvi şəkildə bağlıdır, hadisələrin məzmunu ilə, personajların hiss və emosiyaları ilə sintez olunur. Ekran əsərinin üzərində sonralar 70 filmin yaradılmasında iştirak edən Mirzə Mustafayev və 1916-cı ildə “Arşın mal alan”ın ilk ekranlaşdırılmasında rol alan, daha sonra isə rejissor olan Məmməd Əlili çalışıb.

Filmin çəkilişləri 1935-ci ildə aparılıb, sovet kinoteatrlarında isə film 1936-cı il aprelin 20-dən nümayiş etdirilməyə başlayıb. Baxmayaraq ki, o vaxtkı adət üzrə ilk nümayiş 1935-ci ilin payızında “Mejrabpomfilm” kinoteatrının nümayiş zalında baş tutub. “Veçernyaya Moskva” qəzetinin 1935-ci ildə noyabrın 1-də yazdığı kimi: “Kiçik bir tamaşaçı qrupu bu yaxınlarda çəkilmiş materialı böyük məmnuniyyətlə izlədi. Təkçə rejissor, ssenari müəllifi və aktyorlar razı deyil, bu filmi çəkən operator Mixail Kirillov da, Leninqrad şossesindəki film fabrikinin transparant sexinin müdiri Antipov da işindən razıdır”.

“Mavi dənizin sahilində” filmi ekranlara çıxandan sonra kino tənqidçilərinin qarışıq reaksiyasına səbəb oldu. O dövrdə Sovetlər ölkəsi rəhbərliyinin müəyyən etdiyi kursa görə, incəsənət kommunist ideyalarını əks etdirməli, özündə bütün xalqlar üçün parlaq gələcək qurmaq üçün tərbiyəvi aspekt və ideoloji komponent daşımalı idi.

Film ekranlara çıxandan sonra 1936-cı ilin aprelində “Pravda”, “Kino”, “Raboçaya Moskva” qəzetlərində dərc olunan tənqidi məqalələrə baxmayaraq, “Mavi dənizin sahilində” öz auditoriyasını tapdı. Bu gün film süjet "təbliğatına" görə deyil, kamera işinə və səsdən innovativ istifadəyə görə çox vaxt sovet kinosunun “az tanınan klassikası” adlandırılır.

Ekran işinin sosialist realizm dövründə ərsəyə gəlməsinə baxmayaraq, o, “azad nəfəs” kimi qəbul edilmiş və indiyə qədər sovet kinosu tarixində ən lirik filmlərdən biri hesab edilərək Azərbaycan kinosunun və dünya kinosunun qızıl fonduna daxil olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli qərarı ilə “Mavi dənizin sahilində” filmi Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan filmlərin siyahısına daxil edilib.

# 1435 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı”  çərçivəsində tədbir təşkil edildi

Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil edildi

18:20 12 iyun 2026
Məşhur türk filmi yenidən çəkiləcək

Məşhur türk filmi yenidən çəkiləcək

14:11 11 iyun 2026
"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı

"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı

13:00 11 iyun 2026
Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"

Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"

11:07 11 iyun 2026
Stiven Spilberqdən yeni film: Yadplanetlilər bizimlə birgə yaşayır?

Stiven Spilberqdən yeni film: Yadplanetlilər bizimlə birgə yaşayır?

16:18 10 iyun 2026
"Good Will Hunting" filminin rejissorundan yeni film

"Good Will Hunting" filminin rejissorundan yeni film

16:00 10 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər