İlon Maskın anti-"Odissey" kampaniyası - Süni intellektlə öz filmini çəkəcək

İlon Maskın anti-"Odissey" kampaniyası - Süni intellektlə öz filmini çəkəcək
23 iyul 2026
# 12:00

İlon Maskın anti-"Odisseya" kampaniyası yeni mərhələdədir.

Kulis.az xəbər verir ki, "X"in sahibi, süni intellekt botu Qrokun ilin sonunadək Homerə sadiq qalaraq tammetrajlı "Odisseya" filmi ərsəyə gətirəcəyini bildirib.

Aylarla Kristofer Nolanın "Odissey" filminə qarşı irqçi çıxışlar edən və müxtəlifliyi ilə seçilən aktyor heyətinin filmin batmasına səbəb olacağını proqnozlaşdıran texnologiya nəhəngi nümayişkaranə şəkildə yanıldığını gördü. Tənqidlər böyük ölçüdə təriflə doludur, qlobal kassa göstəriciləri də yalan demir: "Odisseya" yayımlanmasından bir həftədən az vaxt keçməsinə baxmayaraq, 2026-cı ilin ən böyük hitlərindən biri olmağı bacarıb.

Xəbərdən sonra Mask "X"də Mel Gibsona "Odisseya" adaptasiyası çəkməsi üçün 100 milyon dollar verməyə çoxdan razı olduğunu yazaraq filmdə gəmilərin, zirehlərin, silahların və aktyor heyətinin tarixə uyğun olacağını, bütün dialoqların da birbaşa orijinal şeirdən götürülərək Homer yunancası ilə səsləndiriləcəyini ifadə edib.

Daha sonra o bu paylaşımını süni intellekt aləti Qrok İmecinin Homerin antik yunan şeirinin tarixi cəhətdən dəqiq uzunmetrajlı film versiyasını yaradacağını elan etdiyi açıqlama ilə davam etdirib və süni intellektin ərsəyə gətirəcəyi "Odissey"in 2026-cı ilin sonunadək hazır olacağını əlavə edib.

"Bu il bitmədən Qrok İmecin tarixi cəhətdən dəqiq və Homerin sənətinə sadiq, tammetrajlı "Odissey" filmi hazırlayacaq", - deyə o yazıb və bura bir "X" istifadəçisinin paylaşdığı "Odissey"in süni intellekt tərəfindən yaradılmış 3 dəqiqəlik qısa versiyasını əlavə edib.

# 406 dəfə oxunub

Oxşar xəbərlər

Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

15:00 10 sentyabr 2026
“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

14:24 10 sentyabr 2026
"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu

"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu

14:02 10 sentyabr 2026
“South Park” adını dəyişdirdi – Trampa cavab olaraq

“South Park” adını dəyişdirdi – Trampa cavab olaraq

12:20 9 sentyabr 2026
Qüruru tapdalanan imam,  hiyləğər valsatan, qəddar terrorçu... - Sərhat Kılıçın yaddaqalan rolları

Qüruru tapdalanan imam, hiyləğər valsatan, qəddar terrorçu... - Sərhat Kılıçın yaddaqalan rolları

10:30 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər