“Dokutoor”un ikinci nümayişi baş tutdu

“Dokutoor”un ikinci nümayişi baş tutdu
24 fevral 2025
# 15:05

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində keçirilən “DokuToor” proqramı davam edir.

Kulis.az xəbər verir ki, ikinci nümayişdə festivalın son buraxılışında “müsabiqədənkənar” bölmədə iştirak edən və “gələcəklə bağlı nikbin mesajına görə” xüsusi mükafata layiq görülmüş rejissor İonna Kşijevskanın “Səni tanımaq” (Polşa) və eyni bölmədə ikinci xüsusi mükafatın sahibi, kubalı rejissor Hektor Almeydanın “Esteban üçün”, “Yerli filmlər” müsabiqəsinin qalibi, rejissor Ağaəli Sədirlinin “Kaifunun çağırışı” qısametrajlı sənədli filmləri təqdim olunub.

Ağaəli Sədirlinin “Kaifunun çağırışı” filmi insanın öz daxilinə, yaddaşına səyahəti və özünü tanımaq istəyi haqqındadır. Qəhrəman bu yolla daxilindəki xaosu çözməyə və dinclik tapmağa çalışır.

“Səni tanımaq” filmi valideyn olmağa hazırlaşan cütlüyün tərəddüdləri, narahatlıqları, hələ doğulmamış körpəni tanımaq cəhdləri, gələcəklə bağlı ümidlərindən bəhs edir.

“Esteban üçün” filmi də mövzu baxımından digər iki filmə yaxındır. Filmin yaşlı qəhrəmanları xatirələrini, sevgilərini lentə alıb yeni doğulmuş nəvələri Estebana yadigar qoyurlar.

Nümayişdən sonra “Kaifunun çağırışı” filminin rejissoru Ağaəli Sədirli tədbirin moderatoru Aygün Aslanlı və tamaşaçıların suallarını cavablandırıb, filmin necə çəkildiyi, ideyasının necə yarandığı barədə danışıb.

Xatırladaq ki, layihə AR Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul – 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qalibidir. Layihənin icraçısı Gənc Film İstehsalçıları Assosiasiyasıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqı layihəyə təşkilati dəstək göstərir.

# 2347 dəfə oxunub

Oxşar xəbərlər

Öz filmlərini izləməkdən qorxan rejissor  - O, məşhur "Psixo"nu nədən təsirlənərək çəkmişdi?

Öz filmlərini izləməkdən qorxan rejissor - O, məşhur "Psixo"nu nədən təsirlənərək çəkmişdi?

17:00 29 aprel 2026
“Sözün varsa, de!”  filminin çəkilişləri davam edir

“Sözün varsa, de!” filminin çəkilişləri davam edir

15:37 29 aprel 2026
Lisa Kudrou: "Bu ifritə heç oxumağı bacarır?"

Lisa Kudrou: "Bu ifritə heç oxumağı bacarır?"

14:05 29 aprel 2026
Şarliz Teron yeni filminin çəkilişlərində xəsarət aldı

Şarliz Teron yeni filminin çəkilişlərində xəsarət aldı

13:22 29 aprel 2026
Maykl Cekson haqqında  bioqrafik film tənqidlərə rəğmən rekord qırdı

Maykl Cekson haqqında bioqrafik film tənqidlərə rəğmən rekord qırdı

14:00 28 aprel 2026
“Qəbələdə kino günləri”  başlanır

“Qəbələdə kino günləri” başlanır

13:30 28 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər