Azərbaycanlı aktyor beynəlxalq festivalın laureatı oldu

Azərbaycanlı aktyor beynəlxalq festivalın laureatı oldu
30 aprel 2021
# 16:09

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Vladimir şəhərində keçirilən “Teatr. Vahid ərazi” Beynəlxalq onlayn teatr festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, teatr festivalda irland yazıçısı Semuel Bekketin “Sözsüz” əsəri əsasında eyniadlı monotamaşa ilə təmsil olunub. Əməkdar artist Şövqi Hüseynovun çıxış etdiyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədovdur. Dinamika, mim və mürəkkəb fiziki elementlər əsasında qurulmuş səhnə əsəri, eləcə də Şövqi Hüseynovun peşəkar ifası festival iştirakçılarının böyük marağına səbəb olub. Aktyor festivalın laureatı adına layiq görülüb.

Əsər özünün şanslarını əldən verdikdən sonra bütün varlığı ilə ona çatmaq üçün çapalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən bəhs edir.

Beynəlxalq Teatr Festivalları İttifaqı və Vladimir Akademik Dram Teatrı tərəfindən təşkil edilən festivalda Rusiya, Polşa, Bolqarıstan, İsrail, Monqolustan, Ukrayna, Moldova, ABŞ, İspaniya, Qazaxıstan, Estoniya və Serbiyadan 20-dən artıq tamaşa təqdim edilib.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının “Sözsüz” tamaşası indiyədək bir sıra beynəlxalq festivallarda qalib olub.

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

“Apokalipsis”in aktyoru vəfat etdi

“Apokalipsis”in aktyoru vəfat etdi

10:01 4 fevral 2026
Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

16:00 3 fevral 2026
“Yeşilçam”ın  tanınmış aktyoru vəfat etdi

“Yeşilçam”ın tanınmış aktyoru vəfat etdi

17:18 2 fevral 2026
Endi Vorholun yeni filmləri üzə çıxdı

Endi Vorholun yeni filmləri üzə çıxdı

12:16 30 yanvar 2026
Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

11:39 30 yanvar 2026
“Ssenaridə aktlar və keçidlər”  adlı təlim keçirildi

“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirildi

17:00 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər