Yaşar Nuridən qalan REPLİKALAR

Yaşar Nuridən qalan REPLİKALAR
22 noyabr 2012
# 11:00

Kulis.az Yaşar Nurinin yaddaşlarda qalan aforizmlərini təqdim edir:


Filmlərdən

Makintoj: Eybi yox mən onun əyri ayaqlarından raqatka düzəltməsəm atamın oğlu deyiləm (Yol Əhvalatı)

Kiçik div: Mən elə bildim ki, onlar qorxub qaçarlar, tərsinə oldu (Əzablı Yollar)

İsrafil: Sənə əjdaha lazımdı? (Bəyin Oğurlanması)

Sərxoş: Əmi, ehtiyyatlı ol! (Kömək)

Məmməd: Davay ala çayıvı iç ala davay. (Lətifə)

Nəsib: Əgər o fərli arvad olsaydı indiyə qədər onu bir kişi alardı. (Pəncərə)

Əbdülqəni: V eta vremya vzorvalas Azerbaydjanskaya bomba. İzvinite sestra zdes u nas pavorot. (Hər Şey Yaxşılığa doğru)

Əkrəm: Bu sənin gəlişivin jurnalı, indi kinonu göstər görək. Murad mənə stol üçün girişdi, gördü stol-mustol yoxdu, sürüşdü. Necədi? (Nekroloq)

Əkbər: Eşidirsən, eşitməzsən biabırçılıq ola haa(Dəvətnamə)

Direktor: Siz bu qədər pulu harada görmüsüz? Deyəsən çox varlısız.(Yoxlama)

Tamaşalardan

Dadaşov: Hansı padşahın vəzirisən? Fatı, qalx, Fatı, otur. Fatı, sroçnu bizim məclisi tərk elə (Qatarda)

Elçin: Sən beləysənmiş, Gülnar. Mən səni tanımamışam, tanımamışam.(Bağışla)

Göyüş: Səməndər, sənin bığlarını qırxaram, ağzını da cıraram.(Kişilər)

Həsənağa: Papirosum yana-yana. Od düşüb şirin cana. Mən yarımla görüşdüm Əmir əmioğlu. İndi qal yana-yana(Göz Həkimi)

Əlibəy: Nə var əə, sür də.. Arvad zad görməmisən?! (Ordan-Burdan)

Kazım: Telefonun qabağında ölün, olun. (Yaşıl Eynəkli Adam)

Sərsəm: Hə, bayaq da üç dənə kişi gəlmişdi anamı axtarırdılar kastüm tikdirməyə.. İncidim e mən, ə verərdin mən oxuyaydım daa. Qışqırma əə bilirsən, qışqırma ə ey. (Qonşu Qonşu Olsa...)

Çəkməçi: Molla Nəsrəddin adin qəzet pişil orda, basmatri ayyay. Mojeş şto xoçeş ni davay... vot yesli ne budit dumoy eta qalmaqala arabatay, sən də mənə vot makraşka davay. Yes adin xaroşi müsəlqanski misal. Qavarit ki, eşşey, eşşey, atkuda znayet zəfəran şto. Haaa. Vot eşşey, vot tavar. Tavar ne xoçeş, eşşey davay. (Ac Həriflər)

Muxtar: Əşi atova öküz deyən oldu?! Deyirəm siqareti atan kimi? Qulaq as Saman bala, sən öz şeyinlə zad eləmə. Mənə bax faşist ee xaşist. (Yarımştat)

# 4436 dəfə oxunub

Oxşar xəbərlər

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər