Mister Bin öldü

Mister Bin öldü
17 noyabr 2012
# 23:34
Populyar britaniyalı komediya obrazı Mister Bin artıq olmayacaq.

Kulis.az İngiltərənin “Teleqraf” qəzetinə istinadən yaydığı xəbərə görə Mister Bin rolunun ifaçısı Rouen Atkinson sevimli obrazı ilə vidalaşmaq qərarına gəlib. O, bundan sonra dramatik rollar ifa etməyi düşünür.

Qəzetə müsahibə verən aktyor bildirib ki, bu yaşda yüngül rollar oynamaq olduqca kədərlidir.

“Mister Binin mənə olduqca böyük kommersiya uğuru gətirməsinə baxmayaraq çox “yüngül”dü və böyük fiziki aktivlik tələb edir. Artıq Bini oynamayacam” deyə aktyor bildirib.

Aktyor etiraf edib ki, ən məşhur obrazı ilə tanınmaqdan daha bezib. Bundan sonra Atkinson Vest-enddə dramatik rollar oynamaq fikrindədir. Vest-end Londonda dramatik və musiqili teatrların yerləşdiyi bölgədir.

R. Atkinson yaxın günlərdə ingilis dramaturqu Saymon Qreyin yenidən səhnələşdirilən tamaşası “Koutermeynin şərti”ndə rol alacaq.

Mister Bin televiziyada 1990-cı ildə görünməyə başlayıb. Komediya serialı beş il sonra bitsə də, hələ də Atkinsonun ən məşhur rolu olaraq qalır. Bundan sonra da aktyor dəfələrlə bu sevimli axmaq obrazını canlandırınb. Mister Bin haqqında tam metrajlı film çəkilib.

Böyük Britaniyanın “sima”sına çevrilmiş Mister Bin London olimpiadasının açılış mərasimində də iştirak edib.

Mirmehdi Ağaoğlu
# 7006 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2"nin yayım tarixi açıqlandı

"Betmen 2"nin yayım tarixi açıqlandı

12:45 18 mart 2026
Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

13:00 17 mart 2026
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər